Adam kimi oynamadıq, 4 qol buraxdıq (PROTOKOL)

Adam kimi oynamadıq, 4 qol buraxdıq (PROTOKOL)
19 yaşadək futbolçulardan ibarət milli komandamız Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamız C qrupunun son matçında Yaponiya ilə üz-üzə gəlib.
Nikolay Adamın başçılıq etdiyi komandamız meydanı darmadağınla tərk edib. Yaponların 4 qoluna futbolçularımız 1 dəfə cavab verə bilib. Yığmamızın yeganə qoluna 63-cü dəqiqədə Elnur Cəfərov imza atıb.
Qeyd edək ki, komandamız ilk oyununda Yunanıstanla sülh bağlamış (1:1), ardınca Çexiyaya uduzmuşdu (0:2).
Yaponiya - Azərbaycan 4:1
Qollar: Ryosuke Şindo, 19. Akito Takaqi, 22; 24. Taro Suqimoto, 58 - Elnur Cəfərov, 63.
Yaponiya: 18. Mizuki Jayaşi, 3. Ryoma İşida, 4. Tokuma Suzuki, 6. Ko Matsubara, 7. Kosey Uryu (11. Ryoma Vatanabe, 75), 8. Taro Suqimoto, 10. Akito Takaqi (14. Koya Kitaqava, 61), 12. Daysuke Sakay, 15. Ryosuke Şindo (k) (5. Rikiya Moteqi, 46), 16. Kota Miyamoto, 17. Masaya Okuqava (9. Masaomi Nakano, 61).
Ehtiyat oyunçular: 1. Kenşin Yoşimaru, 2. Şinji Yamaquçi, 13. Kento Misao.
Baş məşqçi: Atsuşi Uçiyama.
Azərbaycan: 1. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 4. Əfsər Məmmədov, 5. Renat Ağaverdiyev (24. Yusif Nəbiyev, 33), 6. Yusup Xakimov, 9. Fəhmin Muradbəyli (k), 11. Ülvi İbazadə (7. Mahir Mədətov, 46), 16. Emin Zamanov, 18. Təyyar Məmmədov (27. Bəhlul Mustafazadə, 36), 19. Kama Benhur (17. Elnur Cəfərov, 36), 20. Cem Fələk (8. Mirkamil Həşimli, 34).
Ehtiyat oyunçular: 22. Mustafa Yaman, 14. Şahban Cəbrayılov.
Baş məşqçi: Nikolay Adam.
Sarı vərəqələr: Ko Matsubara, 10 - Mirkamil Həşimli, 82.
Qırmızı vərəqə: Yusup Xakimov, 17.
Hakimlər: İvan Sarayev, Aleksandr Rodionov, Aleksandr İvanov, Vladimir Lapkin (Rusiya).
Hakim-inspektor: Aleksandr Belyakov (Rusiya).
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi.

1

Yaponiya

3

3

0

0

8-2

9

2

Çexiya

2

1

0

1

3-3

3

3

Yunanıstan

2

0

1

1

1-2

1

4

Azərbaycan

3

0

1

2

2-7

1

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər