Afrika Futbol Konfederasiyasının (CAF) 2015-ci ildə Mərakeşdə keçirəcəyi Afrika Millətlər Kubokunun seçmə mərhələsində iştirak edəcək komandaların sayı müəyyənləşib. Fanat.az xəbər verir ki, 51 ölkə yarışa qatılmaq üçün CAF-a müraciət edib.
Seçmə mərhələdə qitənin 3 ölkəsi iştirak etməyəcək. Belə ki, 54 respublikanın olduğu Afrikadak ev sahibi Mərakeş seçmə mərhələdən azaddı. Somali və Cibuti isə könüllü olaraq yarışdan imtina edib.
Fanat.az