Karyerasını davam etdirən futbolçular arasında Azərbaycan çempionatının ən yaxşı bombardirləri sırasında olanlar üçün VIII tur uğurlu olub. Fanat.az xəbər verir ki, Rəşad Abdullayev AZAL, Vüqar Nadirov “Qarabağ”, Rauf Əliyev “Xəzər Lənkəran”ın heyətində fərqlənib.
Sonuncu qol sayını 36-ya çatdırıbsa, hesabında 40-dan artıq qol olan digərləri 50 və daha çox qol vuranlara daha da yaxınlaşıb. 47-ci dəfə qol sevinci yaşayan Abdullayevi 32 nəfərlik siyahıdan cəmi 3 qol ayırır. Nadirov isə bunun üçün 9 qol vurmalıdı. Ümumiyyətlə, hazırda Premyer Liqada çıxış edən 8 oyunçunun hesabında 30 və daha çox qol var.
1. Rəşad Abdullayev - 47
2. Viktor İbekoyi - 43
3. Vüqar Nadirov - 41
4. Rauf Əliyev - 36
5. Baçana Tsxadadze - 33
6-7. Əfran İsmayılov, Junior Nildo - 31
8. Flavinyo - 30
Fanat.az