Zidan: "Ferqyuson səhv etdi"

Zidan: "Ferqyuson səhv etdi"

"Real"ın idman direktoru Zinedin Zidan Aleks Ferqyusonun səhv etdiyini bildirib. Fanat.az xəbər verir ki, futbolun canlı əfsanələrindən olan fransız "Ser" titullu mütəxəssisin Paul Poqbanı "Mançester Yunayted"dən göndərməklə doğru etmədiyini bildirib.

Ferqyusondan sadəcə daha artıq meydana buraxılmatı və həftəlik 20 min funt-sterlinq müqavilə istəyən Poqba istəkləri yerinə yetirilmədiyindən "Yuventus"a keçmişdi. İlk mövsümdəcə özünü doğruldan fransız futbolçu komandanın əsas heyət oyunçularından birinə çevirilib.

Bununla bağlı danışan Zidan Ferqyusonun səhv etdiyini bildirib: "Səhv kəliməsini Aleks Ferqyusonun "Mançester Yunayted"dəki dönəmi ilə bağlı çox işlətmirik. Amma məncə, Poqbanın gedişinə səbəb olmaq böyük səhv idi. Onun avropanın ən yaxşı mərkəz yarımmüdafiəçilərindən biri olacağına inanıram. Hətta Pol Skolesin vəlihədi də deyə bilərəm". 

Zidan futbolçunun "Real"a mümkün transferi ilə bağlı da danışıb: "Hazırda "Yuventus"da çox gözəl oynayır. Əlbətdə "Real" olaraq dünyanın ən yaxşı oyunçularını transfer etməyə çalışırıq. Dolayısıyla, Poqba da "radar"ımızdadı".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər