Yuri Syomin təkzib etdi

Yuri Syomin təkzib etdi

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Marat İzmaylovla aralarnda problem olmasına dair yayılan xəbərlərə aydınlıq gətirib. Fanat.az xəbər verir ki, rusiyalı mütəxəssis həmyerlisini son oyunlarda əsas heyətə daxil etməməsi ilə bağlı bəzi mətbuat orqanlarında yayılan informasiyalara “R-Sport”a açıqlamasında münasibət bildirib:

"Bu, düzgün məlumat deyil. Başa düşmürəm ki, belə xəbərlər haradan qaynaqlanır. Ona ümumiyyətlə heç bir sualımız, iradımız yoxdu. Eləcə də onun bizə. Maratın bizə nə sualı ola bilər axı? Oynayır, oyun praktikası var. İzmaylov çox alicənab insandı. O, heç vaxt mətbuatda öz hiddətini bildirməz. Hər hansı olaylar yaşansa belə, o, bunları komanda daxilində həll edər". 

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər