Yuri Syomin: "Maratın yığmaya qayıtması..."

Yuri Syomin: "Maratın yığmaya qayıtması..."
"Marat İzmayılov "Qəbələ"də oynamağa hazırdı. Azərbaycan çempionatı onun üçün yeni təcrübə olacaq. Amma o, buna görə narahat deyil. Əsas odu ki, biz onun bacarığına bələdik, Marat isə daimi oyun praktikası əldə edəcək". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis İzmaylovun oyun praktikasının azlığından narahat deyil: "Bu məsələdə narahat olmağa dəyməz. “Portu”da yalnız ulduzlar daim oynayır. Digərlərinin böyük qismi isə matçların 60-70 faizində şans qazanır. Marat da bu siyahıya daxil idi. Lakin sonradan daha az çıxış etməyə başladı. Bu üzdən də icarəyə getməkdə maraqlıdı. Maratın ustalıq səviyyəsi istənilən çempionatda oynamasına imkan verir. Bütün üstünlükləri qalmaqdadı. Bircə fərqlə ki, artıq təcrübəsi də daha çoxdu".
Syomin "Marat yığmaya qayıtmaq iqtidarındadı" sualına belə cavab verib: "Bu yığma məşqçisinə olan sualdı. Mən isə onu deyə bilərəm ki, belə zəngin təcrübəyə malik futbolçu diqqətə layiqdi. Bizdə xaric klublarda uğurla çıxış edən ifaçılar o qədər də çox deyil".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər