Yuri Syomin: "Ebesilionun zədəli olması narahat edir"

Yuri Syomin: "Ebesilionun zədəli olması narahat edir"
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin "Spartak"la oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, rusiyalı mütəxəssis Rusiyalı mütəxəssis Leonardo da Silva və Afolabinin hələ də tam hazır olmadığını bildirib: 
"Yaxşı oynadıq. Futbolçular verilən tapşırıqları yerinə yetirir. Fiziki hazırlıq üzrə hazırlıqlarımız davam edir. Gündüz məşq etdik, axşam da oyuna çıxdıq. Qarşıdakı matçlarda gənc oyunçulara da şans verəcəyik. Leonardo və Afolabi hələlik tam hazır deyil. Oyuna gəlincə, belə görüşlərdə nəticə heç bir rol oynamır. Növbəti oyunlarda Rusiyanın "Volqa" və "Torpedo" klubları ilə qarşılaşacağıq. Bu görüşlərdə çempionatın ikinci dövrəsində şans verəcəyim heyətə yaxın futbolçuları meydana buraxacam. Təlim-məşq toplanışında məni yalnız Lorenzo Ebesilionun zədəli olması narahat edir".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər