Yılmaz Vural bu dəfə "lezbian" və "mavi"lərdən danışdı

Yılmaz Vural bu dəfə "lezbian" və "mavi"lərdən danışdı
Yılmaz Vural maraqlı və qalmaqallı açıqlamalarını davam etdirir. Fanat.az xəbər verir ki, türk mütəxəssis bu dəfə "mavi" olduğunu açıqlan hakimin işdən kənarlaşdırılmasına münasibət bildirib.
Vural TFF-nin bu qərarına qarşı çıxıb və "mavi" hakimi müdafiə edib: "Qızlar yataqxanasında "lezbian", oğlan yataqxanalarında "mavi"lər həmişə olub. Onları hərəkətlərindən tanıyıram. "Mavi" olmağın qabliyyətə mənfi təsir etdiyini düşünmürəm. Bu həmin insanın özəl həyatıdı. Bir hakim "mavi" olduğu üçün hakimlikdən kənarlaşdılır. Bu halda heç bir futbolçu cinsi oryentasiyasını açıqlaması mümkün deyil". 
Mütəxəssis Fatih Terimin də "bostanına daş atıb": "Piontekin köməkçisi postu mənə təklif olunmuşdu. Qəbul etsəydim bu gün Terim olmazdı. Yaxşı ki, onun yolunu açmışam. Türkiyə mənim sayəmdə onu qazandı".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər