XIX tur: 5-ci dəfə yüksək məhsuldarlıq

XIX tur: 5-ci dəfə yüksək məhsuldarlıq
Topaz Premyer Liqasının XIX turunda qapılara 16 qol vurulub. Fanat.az xəbər verir ki, orta məhsuldarlıq 3,20-yə bərabər olub. 
Mövsümdə 5-ci dəfə bu rəqəm 3 və ya daha yüksək olub. Çempionatın VI turunda da indiki kimi 16 qol vurulmuşdu. Mövsümün rekordu isə 22 qolun vurulduğu XII turdu.
12-ci tur - 4,40 (22 qol)
18-ci tur - 3,40 (17 qol)
6-cı tur - 3,20 (16 qol)
19-cu tur - 3,20 (16 qol)
1-ci tur - 3,00 (15 qol)
Qeyd edək ki, mövsümün antirekordu VIII turda qeydə alınıb. Həmin turun 5 oyununda cəmi 2 qol vurulub və orta məhsuldarlıq 0,40-a bərabər olub.
pfl.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər