"Nike"nin 2014 futbol kampaniyasının ikinci seriyası "Qazanan Qalır" yayımlanıb. Fanat.az xəbər verir ki, ikinci reklam filmində ilk seriyanın qəhrəmanları Kriştiano Ronaldo, Neymar və Ueyn Runiyə çox sayda ulduz qoşulub.
Belə ki, Zlatan İbrahimoviç, Eden Hazard, Andrea Pirlo, Qonzalo Hiquayn, Cerard Pike, Andres İnyesta, Mario Götze, Tyaqo Silva, Tibaut Kourtois, Tim Hovard və David Luiz də reklam filminə daxil olub. Onlardan başqa, Kobe Bryant, Con Jones, Anderson Silva, İrina Şayk və "Yaşıl Div"in də aralarında olduğu idmançılar və özəl qonaqların yer aldığı reklam filmi maraqlı səhnələrlə zəngindi.
Fanat.az