Ufuk 62 gün sonra qayıtdı, ilk oyunda "fərqləndi"

Ufuk 62 gün sonra qayıtdı, ilk oyunda "fərqləndi"
Türkiyənin PTT 1-ci liqasında XXXVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" "Tavşanlı Linyitspor"un qonağı olub.
Oyun Qaziantep klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ufuk meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. O, 8-ci dəqiqədə sarı vərəqə alıb. 
Bu millimizin üzvünün 62 gündən sonra keçirdiyi ilk oyun olub. O, sonuncu dəfə "Bucaspor"la fevralın 24-də keçirilən oyunda meydana çıxmışdı.
Davud Kəriminin çıxış etdiyi "Fəthiyəspor" "Boluspor"u qəbul edib və 2:0 hesablı qələbə qazanıb. Davud yenə ehtiyatda qalıb.
Qeyd edək ki, "Qaziantep BB" 35 oyundan sonra 41 xalla 13-cü pillədə qərarlaşıb. "Fəthiyəspor" isə 35 xalla 16-cı yeri tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər