"Simurq"la oyundan sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev "Xəzər Lənkəran"ın "bostanına daş atmışdı". Eliasın transferi ilə bağlı sualaca cavab verən Hacıyev "Deyirlər ki, "Xəzər Lənkəran" 1 milyona Eliası transfer edib. İnanın heç 500 mini futbolçuya çatmayıb. Əgər çatıbsa, mənim atabaatama lənət! demişdi.
Böyükağa Hacıyevin açıqlamalarına "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov cavab verib. Klub rəsmisi sportal.az-a müsahibəsində bunları deyib: "Başa düşmürəm ki, kim bura bir və ya beş milyona gəlir, başqası da buna şərh verir. Bəli, “Xəzər Lənkəran” Brazilya A seriyasından futbolçu gətirib. Böyükağa Hacıyev yaxşı oğlandı, onun xətrini çox istəyirəm. Yəqin o komandasına "Böyük oyun"dan əvvəl motivasiya vermək üçün bu sözləri deyib".
Fanat.az