Tsxadadze "Rəvan"ı görməyəcək

Tsxadadze "Rəvan"ı görməyəcək
"İnter" "Rəvan"la oyuna tam heyətlə çıxa bilməyəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Kaxaber Tsxadadze bu oyunda oğlu Baçananın xidmətindən yararlanmaq şansını itirib.
Buna səbəb gürcü hücumçunun cəzalı duruma düşməsidi. AZAL-la matçın 46-cı dəqiqəsində bilərəkdən əllə oyuna görə cəzalanan Baçana vərəqə limitini doldurub. O, bundan əvvəl "Bakı" (XVIII tur), "Neftçi" (XVII) və "Qəbələ" (XIII) ilə oyunlarında sarı vərəqə almışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər