Tsxadadze: "AZAL bizə heç nədən qol vurdu"

Tsxadadze: "AZAL bizə heç nədən qol vurdu"
Kaxaber Tsxadadze AZAL-la oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "İnter"in baş məşqçisi gözəl qollar vurduqlarını deyib:
"Oyunun əvvəlində hesabda irəli cıxdıq və hər iki qolumuz gözəl alındı. Rəqib bizə qarşı başa-baş oyun göstərdi. Hətta, deyərdim ki, oyunboyu bu, bizə çətinlik yaratdı. Komandamın oyunundan razı qaldım. Vaqif müəllimin fikrinə hörmətlə yanaşıram. Onlar bizə heç nədən qol vurdular, bizim qollarımız isə baxımlı alındı. Onların qolunu gözləmirdik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər