Tsxadadze Gürcüstan millisində dübüt etdi

Tsxadadze Gürcüstan millisində dübüt etdi
Gürcüstan millisi yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, qonşu ölkə yığması Lixtenşteyni qəbul edib və 2:0 hesağlı qələbə qazanıb.
Bu oyun "İnter"in hücumçusu Baçana Tsxadadze üçün əlamətdar olub. Belə ki, hücumçu Gürcüstan millisində debüt edib. Kaxaber Tsxadadzenin oğlu 60-cı dəqiqədə Georgi Çanturianın yerinə meydana çıxıb. 33 aylıq fasilədən sonra milliyə qayıdan "İnter"in digər üzvü Laşa Salukvadze isə matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, Tsxadadze ilk dəfə ötən il Gürcüstan millisinə dəvət alıb. O, DÇ-2014-ün seçmə mərhələsinin İspaniya, Fransa və Finlandiya matçlarının heyətində yer alsa da, debüt edə bilməmişdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər