"Oyuna sınaq heyətlə çıxmışdıq. Baxışda yeni oyunçular var idi. Onları nəzərdən keçirdik. Belə oyunlar da məhz buna görə lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri Almaniyanın "Holşteyn" klubu ilə yoxlama oyunundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib.
Gürcü mütəxəssis baxışda olan futbolçulardan imtina etdiyini bildirib: "Yeni futbolçular barəsində onu demək istəyirəm ki, onlar geri qayıdacaqlar. Axtarışlarımız davam edir. Yaxın günlərdə bir nəfər hücumçunun komandanın düzərgəsinə gələcəyi gözlənilir".
Qeyd edək ki, Tsxadadze alman Kevin Petsoni və braziliyalı Mateus Lopesi sınayırdı.
Fanat.az