Antalyada təlim-məşq toplanışında olan "Hannover 96" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi komanda "Herta"nı sınağa çəkib.
Matç 0:0 hesabı ilə başa çatıb. Millimizin üzvü meydana start heyətində çıxıb və sonadək oynayıb. Maraqlıdı ki, baş məşqçi Tayfun Korkut yalnız Gökdemirə 90 dəqiqə şansı verib. Qalan bütün futbolçular fasilədə əvəzlənib.
Fanat.az