Yuri Syomin "Simurq"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi hakimin qərarından narazılıq edib:
“Bizim üçün çox çətin oyun idi. Çünki, iki gün öncə kubokun yarımfinalında ağır oyun oynadıq. Əsas heyətdə 4 yeni oyunçuya şans verdik, onlar da kifayət qədər yaxşı oynadı. Lakin oyunun sonlarına yaxın gücümüz çatmadı. Nəticədən və futbolçularımın meydanda gördüyü işdən razıyam. Daniel Subotiçi sarı vərəqə almaması üçün ikinci hissədə meydana buraxdım. Cərimə zərbəsi vurularkən Lorenzo Ebesilio ilə ikisi topun yanında dayansa da, vaxtı uzatdığına görə sarı vərəqə məhz Subotiçə göstərilir. Vərəqənin niyə məhz ona göstərildiyini başa düşmürəm".
Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyununu Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Fanat.az