Şumaxer komadan ayılıb?

Şumaxer komadan ayılıb?
Ötən ilin 29 dekabrında Alp dağlarında xizək sürərkən yıxılan və komaya düşən Mixael Şumaxer ayılıb. Fanat.az zəbəp verir ki, bu barədə Almaniyanın RTL kanalı ilə telefon bağlantısı yaradan alman pilotun meneceri Sabine Kehm məlumat verib.
Menecer bildirib ki, Şumaxer komadan aylıbıb və həyat yoldaşı Korinnanı tanıyıb. Kehm həmçinin pilotun tam sağalmaq və heç bir yerində iflic izi qalmamaq ehtimalının da çox olduğunu deyib.
Lakin "Bild" qəzetinin "Formula 1" müxbiri Nikola Pohl "Twitter"dən yaydığı mesajda xəbəri təkzib edib. Sabine Kehmlə danışdığını və xəbərin həqiqət olmadığını deyib. Şumaxerin müalicə olunduğu xəstəxana və ailəsi hələlik heç bir açıqlama verməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər