Türkiyənin PTT 1-ci liqasında XXXVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdtiyi "Orduspor" "Ankaraspor"u qəbul edib.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Subaşiç 90-cı dəqiqədə Adəm Sağlam tərəfindən əvəzlənib. O, 52-ci dəqiqədə fərqlənərək, hesabı 2:0-a çatdırıbıb. Bu Subaşiçin ardııl 2-ci, mövsüm ərzində 7-ci qolu olub.
Qeyd edək ki, 35 oyunda 68 xal toplayan "Orduspor" sona 1 tur qalmış 3-cü pillədə qərarlaşıb. Ordu təmsilçisi Super Liqaya birbaşa vəsiqə qazanmaq üçün son turda 2-ci pilləni tutmalıdı. Bunun üçün komandanın son turda səfərdə "Şanlıurfaspor"u yenməsi yetərli deyil. Ordu təmsilçisinin ikinci pilləyə yüksəlməsi üçün "Balıkesirspor"un artıq Super Liqaya vəsiqəni təmin etmiş "İstanbul BB"yə uduzması vacibdi.
Fanat.az