Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "Karşıyaka"nı qəbul edib.
Oyun Ordu təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç meydana start heyətində çıxıb və 86-cı dəqiqədə Aleksandru İonita tərəfindən əvəzlənib.
Qeyd edək ki, "Orduspor" 21 oyundan sonra 42 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az