Sneyder: "Bu həftə xal fərqi 4-ə enə bilər" - MÜSAHİBƏ

Sneyder: "Bu həftə xal fərqi 4-ə enə bilər" - MÜSAHİBƏ
"Bursaspor"la oyunda (6:0) 3 qol vuran "Qalatasaray"ın futbolçusu Uesli Sneyder Hollandiya mətbuatına müsahibə verib. Müsahibəni təqdim edirik.
- "Komanda yoldaşların səndən artıq ən yaxşı necə istifadə edəcəklərini bilirlər" desək, düzgün diaqnoz qoymuş olarıq?
- Hə, demək olar ki, belədi. İlk dövrlərdə formada olmayanda və komandaya tam uyğunlaşmayanda çətin olur. Artıq bir müddətdi özümü yaxşı hiss edirəm. Həvəsli və güclüyəm. Oyun sistemimiz zaman-zaman dəyişir. Mənim rolum da rəqibin oyununa bağlı olur. Ya 10 nömrə kimi oynayırıq, ya da daha çox soldan gələrək oynayıram. Hər iki halda məqsəd eynidi, rəqib komandanın xəttləri arasında boş bir şəkildə top mənə çatdırılmalıdı. O zaman ən yaxşı oyunumu göstərirəm. Amma müdafiədə də görməli olduğum işlər var. Xüsusən də hücumlar sol cinahdan başlayan hücumlar zamanı. Rəqib komandanın cinah futbolçusu hücuma keçən zaman onu təqib etməliyəm. 
- "Qalatasaray"ın mövsümə pis başlaması Fatih Terimin işini itirməsi ilə nəticələndi. Xələfi Roberto Mançini nələri fərqli edir?
- İlk gündən etibarən taktiki alışqanlığı gücləndirməyə çalışır və gün keçdikdə onun ideyaları həyata keçir. Texniki cəhətdən burda hər bir komandada bir neçə çox yaxşı futbolçu var. Mançinin fikrincə, bəzi taktiki dəyişikliklərlə üstünlük əldə edə bilərik. Əvvəllər bəzən "bir komanda" olmaqda çətinlik çəkirdik. Xüsusən müdafiədə problemlərimiz olurdu. Mançini bunu bağışlamır. Müdafiəyə önəm verir. Yəni 11 nəfərin hamısının müdafiəyə qoşulmasını istəyir. Avropanın bütün böyük komandaları belə edir. Oyundan-oyuna daha yaxşı çıxış edirik, böyüyürük.
- Lider "Fənərbaxça" ilə aranızda 7 xallıq fərq var. Səncə, fərqi aradan qaldırmaq olar?
- Təbii ki. Mən bunu 10 xallıq fərq olanda da deyirdim. Vəziyyət bilirsiz necədi? Bu çempionatda hər səfər olduqca çətindi. Böyük komandalar da qazanmaq üçün hər yerdə çox çalışmalıdı. Super Liqanın səviyyəsinin aşağı olması ilə bağlı iddialarla tanışam. Hamısı yalandı. Şənbə günü evdə "Eskişəhərspor"la oynayırıq. Bazar günü "Fənərbaxça" "Sivasspor"un qonağı olacaq. Bu oyunlardan sonra fərq 4-ə düşsə, heç kim təəccüblənməz. Eyni zamanda "Fənərbaxça" ilə evdə oyunumuz var. Çempionluq şansımız artıqlaması ilə var.
- Qışda "Qalatasaray"dan ayrılmağa nə qədər yaxın idin?
- Mənimlə maraqlanan klublar oldu. Bunu inkar etmirəm. Amma heç vaaxt ayrılmağa yaxın olmadım. Çünki getmək istəmirdim və klubum da məni buraxmaq istəmirdi. Qışda "Qalatasaray"dan ayrılmaq ağlımın ucundan belə keçmədi. Klubum mənə heç bir zaman satıla biləcəyimi hiss etdirməyib. Burda daha aşmalı olduğumuz çox əngəl, qazana biləcəyimiz çox uğur var. Dediyim kimi çempionluğa oynayırıq, Çempionlar Liqasında "Çelsi"ni keçmək şansımız var və Türkiyə Kubokunda mərhələ adlamaq şansısız var. Özümü burda evimdəki kimi hiss edirəm.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər