"Qalatasaray"ın "Bursaspor"u 6:0 hesabı ilə yendiyi matçda 3 qol vuran Uesli Sneyder maraqlı addım atıb. Fanat.az xəbər verir ki, holand ulduz matçda istifadə olunan topu evinə aparıb.
Belə ki, bu gecəni unutmaq istəməyən Sneyder topu xatirə olaraq götürüb. Səbəbini soruşanlara isə "Karyeram ərzində ikinci dəfə het-trik etdim. İlk dəfə bunu edəndə də topu evə aparmışdım" deyib.
Fanat.az