Türkiyənin PTT 1-ci liqasında XXII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Saşa Yunisoğlunun çıxış etdiyi "Dənizlispor" "Samsunspor"un qonağı olub.
Oyun Samsun təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Saşanın adı "18-liy"ə düşsə də, meydana çıxmayıb.
Qeyd edək ki, "Dənizlispor" 22 oyundan sonra 22 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Fanat.az