Rusiya Premyer Liqasında XXVII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Ruslan Abışovun çıxış etdiyi "Rubin" ÇSKA-nın qonağı olub.
Oyun Moskva klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ruslan Abışovun adı yenə matçın sifariş ərizəsinə salınmayıb.
Hazırda "Rubin" 27 turdan sonra 31 xalla yarış cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Fanat.az