Ruslan Abışovun çıxış etdiyi “Rubin”in İspaniya toplanışı çərçivəsində keçirəcəyi yoldaşlıq oyunlarındakı rəqiblər müəyyənləşib. Fanat.az xəbər verir ki, Kazan təmsmilçisi Bolqarıstan, Rumıniya və Ukrayna klubları ilə qarşılaqacaq.
Fevralın 5-də Bolqarıstanın "Lyubimets 2007" klubu ilə qarşılaşacaq "Rubin" 3 gün sonra Rumıniya ÇFR-i ilə üz-ühzə gələcək. Ruslan Abışovun komandası son oyununu ayın 11-də Ukraynanın "Dnepr" klubu ilə keçirəcək.
Fanat.az