Ruslan Abışov meydana çıxa bilmədi

Ruslan Abışov meydana çıxa bilmədi
Milli komandamızın üzvü Ruslan Abışovun çıxış etdiyi “Rubin” növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, Kazan klubu İspaniyada keçirilən “Diamonds Cup”da ilk matçına çıxıb.
"Rubin" Bolqarıstanın güclülər dəstəsinin debütantı “Lyubimets”i 3:0 hesabı ilə yenib. Ruslan bu görüşdə iştirak etməli olsa da, ayağındakı ağrılar buna imkan verməyib. Futbolçumuz matçın ikinci yarısında oynamalı olan “11-lik”də yer alan arxa xətt futbolçusu ehtiyatda qalıb.
Qeyd edək ki, “Rubin” turnirdəki növbəti oyununu fevralın 8-də ÇFR-a qarşı keçirəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər