Millimizin hücumçusu Rüfət Dadaşovun müsahibəsi
- Artıq Dubayda məşqlərə start vermisiniz. Hazırlıq necə gedir?
- Hər şey qaydasındadı. Burda havalar da çox yaxşıdı və futbol üçün əlverişli şərait var. Filippinlə oyuna hazırlaşırıq.
- Səncə, bu oyun bizə lazım idi?
- Bilirsiniz, bu oyun FIFA-nın pəncərəsinə yoldaşlıq oyunları üçün nəzərdə tutulmuş günə təsadüf etdiyindən oynamalıyıq. Ümumiyyətlə, yoxlama görüşləri hər zaman vacibdi. Filippin bizim üçün yeni rəqibdi və bu mənada düşünürəm ki, maraqlı oyun olacaq. Düşünürəm ki, bu oyunda qələbə qazanmaq vacibdi.
- Artıq AVRO-2016-nın seçmə qrupundakı rəqiblərimiz bəllidi. Səncə, millimiz nəyə ümid edə bilər?
- Qrupumuz çox güclüdü. Amma bütün rəqiblərə qarşı oynamaq olar. Düşünürəm ki, evdə istənilən rəqiblə başa-baş oynamağa, hətta qalib gəlməyə qadirik. Sadəcə, istək və yüksək səviyyəli hazırlıq lazımdı.
- “Kayzerslautern”də işlərin necə gedir?
- Pis getmir. Son oyunlarda qol da vurdum. Çalışacam hər şey bundan da yaxşı olsun.
- Daha güclü klublardan təkliflər yoxdu?
- Maraqlanan komandalar olur. Daha ciddi təklif olsa, mütləq dəyərləndirəcəm.
rekord.az