"Liverpul"un baş məşqçisi Brendan Rocers "Çelsi"nin çalışdırıcısı Jozu Mourinyonu hədəfə alıb. Fanat.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi 0:2 hesabı ilə uduzduqları matçdakı müdafiə anlayışına görə həmkarını tənqid edib.
Rocers Mourinyonun müdafiə sistemini avtobusla müqayisə edib: "Biz bir avtobusla bacara bilərdik. Amma "Çelsi" qapının ağzına iki avtobusu birdən gətirdi".
"Liverpul"un baş məşqçisi "Çelsi"nin meydana sadəcə qol buraxmamaq üçün çıxdığını bildirib: "Müdafiəni çox dərində qurdular. Belə baş məşqçilik etmək çox asandı. Müdafiədə 6 nəfər, onların önündə də 3 yarımmüdafiəçi ilə müdafiə olundular. Qapıçını da saysaq, "18-lik" içində 10 futbolçunu keçməli idik. Belə bir müdafiə xəttini keçmək mümkün deyil".
"Mənim çıxışımdan sonra Mourinyo böyük ehtimalla CV-sini göstərəcək. Amma mənim məşqçilik anlayışım ölə deyil. Məncə, azarkeşlərə zövq verəcək oyun ortaya qoymalıyıq. Matçın əvvəlindən sonuna qədər vaxt öldürən, uzun toplar və aut atışları ilə qol axtaran komandaya qarşı gözəl oyun göstərə bilməzsən" deyə Rocers əlavə edib.
Fanat.az