Qurban Qurbanov "Neftçi" ilə oyunla (1:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi nəticəni normal adlandırıb:
“Daha çox qayda pozuntuları və mübarizə ilə yadda qalan maraqlı oyun oldu. Futbolçular bir-birinə qarşı sərt idi, oyunun sonlarına yaxın bir az sakitləşdilər. Mövsümün sonudu, futbolçularda gərginlik var. Nəticəni normal sayıram. Bizi vaxtından əvvəl çempionluqla təbrik edirdilər. Bu oyun bizim üçün bir siqnal oldu, tələsmək lazım deyil. Qarşıda 4 oyunumuz var, hər bir rəqib bizim üçün çətindi. Çempionatda sizi daha maraqlı oyunlar gözləyir. Futbolçulara demişdim ki, soyuqqanlı olmalıyıq. Oyunumuzdan tam razı qalmadım, rəqibin pressinq tətbiq edəcəyini bilirdim”.
Fanat.az