"Vüqarı bütün dünya şahmatı itirdi"

"Vüqarı bütün dünya şahmatı itirdi"
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Vüqar Həşimovun vəfatı ilə bağlı danışıb. Fanat.az xəbər verir ki, Məmmədyarov bütün dünya şahmatının Vüqarı itirdiyini bildirib:
"Bu gün Vüqarı bütün dünya şahmatı itirdi. Dünyada keçirilən bütün şahmat yarışları Vüqarı itirdikdən sonra bir dəqiqəlik sükutla başladı. Yəni onun dəyərini tək Azərbaycanda deyil, bütün dünyada yaxşı bilirdilər. Çox heyflər olsun ki, bizim Vüqarla birlikdə komanda şəklində iştirak etmək istədiyimiz bir çox yarışlar yarımçıq qaldı. İstəyirdik ki, dünyada keçirilən bütün yarışlarda Azərbaycanı birinci edək".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər