İran çempionatında XXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, "Traktorsazi" evdə meydana çıxıb.
"Damaş"ı qəbul edən Təbriz klubu uğursuz çıxışını davam etdirərək yenə xal itirib - 0:0. Təbrizin digər təmsilçisi "Qostareş Fulad" isə səfərdə "Zob Ahan"la 0:0 hesablı bərabərliyə razılaşıb.
Qeyd edək ki, "Traktorsazi" 25 turdan sonra 39 xalla 6-cı pillədə qərarlaşıb. "Qostareş Fulad" isə 30 xalla 9-cu pilləni tutur.
Fanat.az