"Mançester Siti" ev oyunlarını keçirdiyi "Etihad" stadionunu (City of Manchester Stadium) genişləndirir. Fanat.az xəbər verir ki, artıq şəhər rəhbərliyi klubun layihəsini təsdiq edib və arenanın böyüdülməsinə icazə verib.
Yenilənmədən sonra stadionun azarkeş tutumu 62170 nəfərə çatacaq. Bununla da "Etihad" Premyer Liqanın "Old Trafford"dan sonra ikinci ən böyük stadionu olcaq. Həm də Mançester şəhəri İngiltərənin iki ən böyük arenasına sahib olacaq.
Qeyd edək ki, "Etihad" 2002-ci ildə inşaa edilib və hazırda 47405 azarkeş tutur. Son iki ildə 36 min abunə kartı satan klubun 2009-cu ildən bəri oyunlarında arena 90 faiz dolur.
Onu da qeyd edək ki, Premyer Liqanın ən böyük stadionu "Mançester Yunayted"in ev oyunlarını keçirdiyi "Old Trafford"du - 75731 nəfər. Bu arena həm də Avropanın 9-cu ən böyük stadionudu. "Arsenal"ın ev oyunlarını keçirdiyi "Emirates" stadionu 60338 nəfərlikdi.
Fanat.az