"Simurq"da iki zədəli

"Simurq"da iki zədəli
Antalyada təlim-məşq toplanışında olan "Simurq" itkilərlə üzləşib. Fanat.az xəbər verir ki, Zaqatala klubunun iki üzvü zədələnib.
Komanın rumın üzvü Raul Kostin zədə səbəbindən Almaniyanın “Velbet” klubu ilə yoxlama oyununu buraxıb. Məşqdə zədələnən oyunçu yaxın günlərdə düşərgəyə qoşulacaq. 
İlkin Qırtımov isə “Velbet”lə oyunun ikinci hissəsində dizindən xəsarət alıb və meydanı tərk edib. O, bir neçə gün məşqlərə qatıla bilməyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər