Gürcüstana səfər edən və Tiflif "Dinamo"su ilə yoxlama oyunu keçirən (1:0) "Simurq" bu gündən yenidən doğma arenada məşqləri bərpa edəcək. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunda "İnter"in qonağı olacaq komanda oyuna ciddi itkilərlə hazırlaşacaq.
Son məşqlərdə zədələnən polşalı mərkəz müdafiəçisi Banas Adam və gənc futbolçu Murad Səttarlı çalışmalarda iştirak edə bilməyəcək. Həmçinin "Simurq" yığma komandaların düşərgəsində olan İlkin Qırtımov, Vüqar Mustafayev və Vadim Abdullayevsiz bu görüşün hazırlıqlarını davam etdirəcək.
Zədə səbəbindən Tiflis səfərində komandaya kömək edə bilməyən Amil Ağacanov və qızdırması qalxdığına görə "Dinamo" ilə görüşdə forma geyinməyən Samir Zərgərov bugünkü məşqlərdə komanda ilə birgə iştirak edəcək.
Fanat.az