"Simurq" 24 qat Tanzaniya çempionu ilə sülh bağladı

"Simurq" 24 qat Tanzaniya çempionu ilə sülh bağladı
Antalyada təlim-məşq toplanışında olan "Sumurq" bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Zaqatala təmsilçisinin rəqibi 24 qat Tanzaniya çempionu “Yanq Afrikans” olub.
Oyun 2:2 hesabı ilə başa çatıb. İlk yarıda "Simurq" 0:2 hesabı ilə geri düşüb. 44-cü dəqiqədə Anderson Oliveyra fərqi azaldıb. 49-cu dəqiqədə isə Murad Səttarlı bərabərliyi təmin edib.
 
Qeyd edək ki, "Simurq" Antalyada ilk oyununu Almaniyanın "Velbert" klubuna qarşı keçirib. Georgi Çixradzenin yetirmələri həmin matçda 1:0 hesablı qələbə qazanmışdı.
 
Yoxlama oyunu
20 yanvar
 
Simurq (Azərbaycan) - Yanq Afrikans (Tanzaniya) 2:2
Qollar: Anderson Oliveyra, 44. Murad Səttarlı, 49.
Simurq: Pavel Kapsa, Tural Axundov, Anderson Oliveyra, Ruslan Poladov, Dilavər Zrnanoviç, Stepan Polyak, Taqim Novruzov, Patrik Osiako, Nicat Qurbanov, Salif Ballo, Rəşad Eyyubov.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər