"Şeytan"ın "ovu" kim olacaq?

"Şeytan"ın "ovu" kim olacaq?
Qış transfer pəncərəsi dövründə Xuan Matanı 45 milyon avroya heyətinə qatan "Mançester Yunayted" yayda yarımmüdafiə xəttini gücləndirəcək. Fanat.az xəbər verir ki, yayda transfer olunan Marouane Fellainidən istədiyini ala bilməyən David Moyes orta xəttə yeni oyunçu istəyir.
Artıq "Mançester Yunaydet"in hədəfindəki iki isim bəllidi. Bunlardan biri "Sportinq"in 21 yaşlı yarımmüdafiəçisi Vilyam Karvalyodu. İngiltərə mətbuatının məlumatına görə, "Mançester Yunayted"in skautları gənc portuqaliyalının 8 oyununu stadiondan izləyib. "Barselona" və "Real"ın da hədəfində olan Karvalyonun transfer qiyməti 45 milyon avrodu.
David Moyesin maraq dairəsində olan ikinci futbolçu Çek Tiotedi. 2010-cu ildən "Nyukasl"da çıxış edən kot`d-ivuarlı oyunçunun Karvalyodan fərqli olaraq Premyer Liqa təcrübəsi var. Lakin Yohan Kabayeni PSJ-yə satan "Nyukasl" Tioteni buraxmaq istəmir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər