"Rubin"in sabiq üzvü AZAL-da

"Rubin"in sabiq üzvü AZAL-da
AZAL baxışa daha bir futbolçu çağırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov özbək hücumçu Dövran Mirzəyevi sınayır. Çalışdırıcı onunla bağlı qərarını yaxın günlərdə verəcək.
Qeyd edək ki, Dövran Mirzəyev vətənində "Paxtakor"un formasını geyinib. 2007-ci ildə "Rubin"ə transfer olunan 24 yaşlı forvard əsas komandada cəmi 2 oyun keçirib və 2010-cu ildə "Ximki"yə icarəyə verilib (13 oyun). 2012-ci ildə "Nefteximik"ə transfer olunan futbolçu 34 oyunda 4 qold vurub. O, Özbəkistanın U-20 və U-23 yığmalarında top qovub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər