"Rəvan"a daha 3 legioner gəldi

"Rəvan"a daha 3 legioner gəldi
Antalyada təlim-məşq toplanışında olan "Rəvan" baxışa daha üç futbolçusu çağırıb. Fanat.az xəbər verir ki, baş məşqçi Güvənc Kurtar hazırda İvan Parlov, Mitya Moriç və Moses Lamidini sınayır. Türk mütəxəssis onlarla bağlı yaxın günlərdə qərar verəcək.
Qeyd edək ki, 26 yaşlı Moses Lamidi 1988-ci ildə Nigeriyanın Laqos şəhərində dünyaya göz açsa da, Almaniya vətəndaşıdı və bu ölkənin U-20 yığmasında 5 oyun keçirib və 1 qol vurub. Onun son iş yeri Almaniyanın "Uerdingen 05" klubu olub. Nigeriya əsilli futbolçu Regionad Liqa klubunda 16 oyun keçirib və 3 qol vurub. 26 yaşlı hücumçu Münhenqladbax "Borussiya"sının yetirməsidi. O, 2006-2010-cu illərdə bu klubun əvəzedici (62 oyun, 19 qol) və A komandasında (13 oyun) çıxış edib. Daha sonra isə Lamidi "Rot-Veyv Oberhausen", "Karlsruher" və "Frankfurt" klublarının heyətində yer alıb.
29 yaşlı İvan Parlov mərkəzi yarımmüdafiəçisidi. Xorvatiyalı futbolçunun son iş yeri Cənubi Kiprin "Apollon" klubu olub. O, ötən mövmsüm Limassol təmsilçisinin heyətində 26 oyun keçirib və 2 qol vurub. İvan cari mövsümün ilk dövrəsində heç bir klubun formasını geyinməyib. Yarımmüdafiəçi əvvəllər Xorvatiyanın "Dinamo", "Zaqreb" və Avstriyanıni "Mattersburq" klublarında top qovub.
Mitya Moriçin isə 30 yaşı var. Sloveniyalı mərkəzi müdafiəçisinin son klubu Kazaxıstan "Kaysar"ı olub. O, cari mövsümdə bu klubun heyətində 15 oyuna çıxaraq 3 qol vurub. Mitya əvvəllər Sloveniyanın "Mura", Avstriyanın "Şturm", İsrailin "Makkabi" (Herzliya), Bolqarıstanın ÇSKA, "Slaviya", Yunanıstanın "Panetolikos", Danimarkanın "Linqbi" və Hollandiyanın "Den Haaq" klublarının şərəfini qoruyub. Moriç Sloveniyanın A millisində də 14 oyun keçirib.
Qeyd edək ki, "Rəvae" bundan əvvəl brazilriyalı Julio Sezar Mendes Moreyra və Tyaqo Mirasemanı baxışa çağırıb. Hər iki futbolçu Antalya toplanışında iştirak edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər