Premyer Liqanın XIX turunda "Bakı"ya 1:5 hesabı ilə yenilən "Rəvan" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Güvənc Kurtarın başçılıq etdiyi komanda Aqil Nəbiyevi itirib.
Meydana start heyətində çıxan futbolçu 28-ci dəqiqədə zədələnərək yerini Boyan Markoviçə verməli olub. Aqilin başına dikiş atılacaq və bir müddət yaşıl meydanlardan kənarda qalacaq.
Fanat.az