"Qalatsaray" 3 transferlə bağlı eyni vaxtda açıqlama yayıb. Fanat.az xəbər verir ki, İstanbul klubu birja üçün yaydığı açıqlamada 3 gənc oyunçu ilə danışıqların başladığı elan olunub.
Belə ki, "Qalatasaray" Salih Dursun və klubu "Kayserispor"la, Endoğan Adili və klubu "Balel", Umut Gündoğan və klubu "Bucaspor"la danışıqlara başlayıb. Türk klubları bu tip açıqlamaları əsasən transferlər yekunlaşmaq üzrə olanda yayır. Bu isə "Qalatasaray"ın tezliklə hər üç keçidi rəsmiləşdirəcəyi deməkdi.
Qeyd edək ki, 23 yaşlı Umut Gündoğan Belçikada doğulub və bu ölkənin aşağı yaş qrupları üzrə yığmalarında oynayıb. Hollandiyanın "Roosendaal", Belçikanın "Brüssel", Türkiyənin "Gənclərbirliyi" və "Fethiyespor" klublarında top qovmuş yarımmüdafiəçi ötən mövsüm transfer olunduğu "Bucaspor"da 53 oyunda 7 qol vurub.
22 yaşlı Salih Dursun da yarımmüdafiəçidi. Gənc oyunçu 2009-2012-ci illərdə "Sakaryaspor"un formasını geyinib. 2012-ci ildə transfer olunduğu "Kayserispor"da 43 oyuna çıxıb və 4 qol vurub. Türkiyənin A2 yığmasında 5 oyun keçirmiş Salih ötən ilin avqustundan Fatih Terim tərəfindən A milliyə dəvət alır. O, Hollandiya, Estoniya və Andorra matçlarında ehtiyatda qalaraq "ay-ulduz"lu komandada debüt edə bilməyib.
19 yaşlı Endoğan Adili isə İsveçrədə doğulub. 1994-cü il təvəllüdlü yarımmüdafiəçi karyerasına başladığı "Qrasşopper"in əsas heyətində 25 oyuna çıxıb və 2 qol vurub. Endoğan 2012/13 mövsümndə transfer olunduğu "Bazel"in əsas heyətində 2 oyun keçirib. O, İsveçrənin U-16 və U-17 millilərində top qovub.
Fanat.az