"Barselona"nın ulduzu Cerard Pikenin Rihanna ilə klip çəkdirən sevgilisi Şakira maraqlı açıqlamalar verib. Fanat.az xəbər verir ki, kolumbiyalı ulduz sevgilisinin ona kişilərlə klip çəkdirməyə icazə vermədiyini bildirib.
37 yaşlı müğənni özündən 10 yaş kiçik sevgilisinin qısqanc olduğunu deyib: "Cerard çox gəncdi. Bütün xüsusiyyətləri yeni nəsildən olan gənclərdəki kimidi. Düzünü deyim ki, çox mühafizəkardı. Bu səbəbdən kişilərlə klip çəkdirməyimə izacə vermir".
Şakira Rihanna ilə "I can`t remember to forget you" mahnısına klip çəkdirməzdən əvvəl Pike ilə məsləhətləşdiyini, "Barselona"lı futbolçunun çox düşündüyünü, amma sonadək ona dəstək olduğunu bildirib.
Fanat.az