"Qəbul etməliyik ki, bu komandanın büdcəsi 300 milyon lirədi. Biz 40 milyon lirəyə oynayırıq. İnsaf da yaxşı şeydi. Hər kəs həddini və yerini bilsin. Hədəfimiz 10-luğa düşüb, Avropa Liqasına vəzifə qazanmağa çalışmaqdı". Fanat.az xəbər verir ki, bu sözləri "Çaykur Rizəspor" klubunun prezidenti Metin Kalkavan deyib.
Klub rəhbəri hazırda "Xəzər Lənkəran"a başçılıq edən Mustafa Dənizlinin istefaya göndərilməsindən də danışıb: "Mustafa Dənizlini göndərməyimizə səbəb maliyyə intizamını pozmamaq idi. Bizdən 125 milyon lirəlik transfer büdcəsi istədi. Bunu edə bilmədik. Mustafa Dənizli qalsaydı, batardıq. Çempion olsan belə batarsan. Çempionluğun zəmanəti varmı? Hər kəs ayağını yorğanına görə uzatmalıdı".
Fanat.az