"İndiyədək çox məşqçi ilə çalışmışam. Onların arasında birini seçməli olsam, bu Mustafa Dənizli olar". Fanat.az xəbər verir ki, bu sözləri "Eskişəhərspor"un futbolçusu Rodriqo Tello deyib.
2008-2010-cu illərdə "Beşiktaş"da Dənizlinin rəhbərliyi altında çıxış edən çilili yarımmüdafiəçi "Xəzər Lənkəran"ın baş məşqçisindən çox şey öyrəndiyini etiraf edib: "Mustafa Dənizli mənimlə bir ata kimi davrandı. Çox yaxınlıq göstərirdi, çox şey öyrətdi, çox kömək etdi".
Fanat.az