"Mustafa Dənizli mənəfi olaraq yanımızda idi"

"Mustafa Dənizli mənəfi olaraq yanımızda idi"
"Mustafa Dənizli özünü yaxşı hiss etmədiyi üçün xəstəxanaya yerləşdirilib". Fanat.az xəbər verir ki, bu sjzləri "Qarabağ"la oyundan (1:0) sonra "Xəzər Lənkəran"ın məşqçisi Oğuz Çətin deyib.
Dənizli xəstəxanaya yerləşdirildiyindən komandanı meydana çıxaran türk məşqçi oyunla bağlı fikirlərini bildirib: "Çox çətin rəqibə, həm də çempionatın liderinə qarşı oynadıq. Bu cür oyunda qalib gəlmək çətindi. Çox dəyərli məşqçi ilə çalışırıq. Mənim vasitəmlə bütün tapşırıqlarını futbolçulara çatdırdı. Oyunçuları təbrik edirəm, fədakar oyun göstərdilər. Turnir cədvəlində bizdən irəlidə gedən komandalara çatmaq üçün bu cür oyunlarda qalib gəlməliyik. Skarlatake dayaq yarımmüdafiəçisi kimi çox yaxşı oynadı, razı qaldıq. İlk 11-liyi Mustafa Dənizli müəyyənləşdirmişdi. Cismən burada olmasa da, mənəvi cəhətdən bizim yanımızda idi. Tam hazır olduğumuzu deyə bilmərəm, amma hər oyunda daha da yaxşı olacağımıza inanıram".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər