"Mourinyo heç bir hörmətə layiq deyil”

"Mourinyo heç bir hörmətə layiq deyil”

“Liverpul”un və İngiltərə milisinin müdafiəçisi Qlen Conson hazırkı məşqçisi Brendan Rocerslə keçmiş məşqçisi Joze Mourinyonu  müqayisə edib. Fanat.az xəbər verir ki, müdafiəçi “Çelsi”də çıxış edərkən Mourinyonun onu aldatdığını bildirib: 

“Mənə Joze ilə yola getmək çətin idi. Bir dəfə o mənə dedi ki, nə vaxt haqq edəcəksənsə, onda da oynayacaqsan. Dedi ki, bu oyunda yaxşı oynayacaqsansa, növbəti matçda da mütləq meydana çıxacaqsan. Bir dəfə məni oyunun ən yaxşısı seçdilər. O, məni növbəti turda heyətdən çıxarda bilmədi. Oynadım, yenə də ən yaxşı seçildim. Növbəti tur ərəfəsində o yenə də eyni sözləri dedi. Çempionat oyunundan sonra bizi “Barselona” ilə qarşılaşma gözləyirdi. Yadımdadı, həmin vaxt menecerimə dedim ki, Mourinyo məni çempionat oyununa buraxmayacaq. Çünki mən yenə də oyunun ən yaxşısı seçilsəm, o məcbur olub məni “Barselona” ilə oyunda start heyətinə salmalıdı. Hər şey mən deyən kimi oldu. O, məni meydana buraxmadı. Beləcə əsas heyətdə yerimi itirdim. Həmin vaxt anladım ki, Mourinyo mən tərəfdən heç bir hörmətə layiq deyil. “Çelsi”dən getmək haqda da həmin vaxt qərar verdim. “Liverpul”un baş məşqçisi Brendan isə heç vaxt onun kimi hərəkət etməz. O, futbolçularda özünəinam hissini yüksəldir. Futbolçu formadadırsa, mütləq oynamaq şansı qazanır”. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər