"Millinin kapitanı olmaq üçün ağ dərili olmalısan"

"Millinin kapitanı olmaq üçün ağ dərili olmalısan"

İngiltərə millisinin sabiq üzvü Sol Kempbell maraqlı iddia ilə çıxış edib. Fanat.az xəbər verir ki, 2011-ci ildə karyerasını bitirən mərkəz müdafiəçisi yığmada dəri rənginin önəmli olduğunu bildirib.

"Sunday Times" qəzeti "Tottenhem" və "Arsenal"ın sabiq üzvünün 39 yaşlı veteran futbolçunun xatirələrindən ibarət kitabını yayımlamağa başlayıb. Yayımlanan ilk hissədə Kempbellin maraqlı fikirləri yer alıb. 1996-2007-ci illərdə 73 dəfə İngiltərə millisinin formasını geyinib 3 qol vuran mərkəz müdafiəçisi kitabında bunları yazıb: "Əgər ağ dərili olsaydım, 10 ildən artıq milli komandanın kapitanı olardım. Hər şey bu qədər bəsitdi. Federasiyanın ağ dərili olmağımı dilədiyini düşünürəm. Çünki kapitanlıq üçün yetərli performansa və xarakterə sahib idim".

Kempbell bu vəziyytin dəyişəcəyinə inanmır: "Bu anlayışın dəyişəcəyini düşünmürəm. Çünki nə federasiya, nə də azarkeşlər dəyişməsini istəyir. 18-21 yaşlı yığmalarda qara dərili kapitanlar olsa da, A millidə belə deyil. Kimsə etiraf etmək istəməsə də, qara futbolçularla milli komanda kapitanlığı arasında şüşüdən hasar çəkilib".

Kempbell milli komanda formasını birlikdə geyindiyi Maykl Ouenin kapitanlığa layiq olmayıb: "Ouen möhtəşəm oyunçu idi, amma kapitanlıqla yaxından-uzaqdan əlaqəsi yox idi. Bu utancverici haldı. Bu sualı vermədən dayana bilmirəm: mən nə etmişəm? Kapitan olmamağımın səbəbini dəfələrlə özümdən soruşmuşam. Hər dəfə eyni cavaab ortaya çıxıb: dərimin rəngi".

Qeyd edək ki, Kempbell İngiltərə yığmasını 3 dəfə yoldaşlıq oyunlarına kapitan kimi çıxarıb. Belə ki, 1998-ci ildə baş məşqçi Qlenn Hoddle ona Belçika və Çexiya, 2005-də isə Sven-Yoran Eriksson ABŞ-la sınaq matçlarında sarğını ona əmanət edib. Qara dərili futbolçu rəsmi oyunlarda kapitan olmayıb.

Kempbellin millidə oynadığı dövrlərdə Devid Platt, Toni Adams, Alan Şirer, Paul İnse, Stuart Pearse, Devid Seaman, Martin Keoun, Devid Bekhem, Maykl Ouen, Stiven Cerrard veə Con Terri kapitan olub. Onlardan yalnız Paul İnse qara dərili olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər