"Klubların telekanalların qabağına şərt qoymaq hüququ yoxdu"

"Klubların telekanalların qabağına şərt qoymaq hüququ yoxdu"
"İdman Azərbaycan" kanalanın "Böyük oyun"u canlı yayımlamaq istəməməsi ilə bağlı məlumat vermişdik. Daha sonra isə "Xəzər Lənkəran"ın yayım üçün kanaldan pul tələb etməsi barədə xəbərlər yayılıb. Həm bu məsələ, həm də "Xəzər Lənkəran" - "Neftçi" matçının yayımı ilə bağlı son durumu öyrənmək üçün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə əlaqə saxladıq.
Qurumun rəhbəri Fanat.az-a açıqlamasında narahatçılığa əsas olmadığını dedi: "Nə "Xəzər Lənkəran"ın, nə də başqa klubun çəkilişə etiraz etmək hüququ yoxdu. Yayın hüququ klublarda deyilsə, necə etiraz edə bilərlər? Narazılıqları var idisə, əvvəldən dilə gətirə bilərdilər. Bu hüququ çempionatın sponsoru - “Topaz” alıb və istədiyi televiziya kanallarına verib. Az.TV və "İdman Azərbaycan" istədiyi yerdə Premyer Liqa oyununu canlı yayımlaya bilər və kimsə onların qarşısına başqa şərt qoymamalıdı. Qayda var, qanun var, rəsmi müqavilə, razılaşma var. Narahat olmayın, hər şey yoluna qoyulacaq. Etirazlar əbəsdi".
Redaksiyadan: Ramin Musayevin açıqlamasından görünür ki, oyunu yayımlamaq istəyən "İdman Azərbaycan"ın qarşısını heç kim ala bilməz. Bu dövlət kanalının haqqıdı. Bəs onda niyə yayımlamır? Səbəbini bundan əvvəlki xəbərdə qeyd etmişdik. Hansısa "maraqların" təmin olunmasını gözləyirlər.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər