"Dənizlispor" Saşa Yunisoğlundan özünə klub tapmağı tələb edib. Fanat.az xəbər verir ki, bu barədə "Dənizli Olay" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, 11 transfer edən klub rəhbərliyi braziliyalı Kahe və azərbaycanlı Saşa Yunisoğluna özlərinə klub tapmağı tapşırıb. Xəbərdə həmçinin qeyd olunur ki, futbolçular transfer mövsümünün sonunadək klub tapa bilməsələr, "Dənizlispor"a dönə bilərlər.
Klub prezidenti Mehmet Özsoy "Yeni Əsr" qəzetinə müsahibəsində Kahe və Saşa ilə vidalaşdıqlarını bildirib: "Hazırkı heyətin maaşı çox yüksəkdi. Kaheni bu səbəbdən göndərdik. Saşa ilə bağlı da eyni vəziyyətdi. Maaşlarında endirim etmək istədik, razılaşmadılar".
“Dənizlispor”un baş meneceri Kənan Atik isə fərqli açıqlama verib: "Komandada 4 mərkəz müdafiəçisi var. Ömər Alp, Mehmet Cansın, Hasan Dəmir və Saşa Yunisoğlu bu ampulda çıxış edirlər. Vladimir Sedelnikovla bağlı gözləmə mövqeyindəyik. Böyük ehtimalla, onun transferindən vaz keçəcəyik. Ayrılmaq istəməyən Saşa ilə yola davam edəcəyik".
Fanat.az