“Foqtsdan incimişəm? Yox, belə deməzdim. İnciməyə dəyməz. Peşəkar futbolçu hər şeyə hazır olmalıdı.” Bu sözləri Fanat.az-a açıqlamasında millinin Dubay toplanışına aparılmayan Vüqar Nadirov deyib.
Nadirov yığmadan kənarda qalmasına təəəccübləndiyini gizlətməsə də, almanın qərarını anlayışla qarşıladığını söyləyib: “Düzünü deyim ki, adımı siyahıda görməyəndə təəccübləndim. Amma Foqtsun qərarını anlayışla qarşılayıram. Yəqin növbəti toplanışlara çağırar. Son vaxtlar “Qarabağ”da az oynayıram. Bu da yığmanın baş məşqçisinin seçiminə təsir edə bilər. Hər şeyə real baxmaq lazımdı”.
Fanat.az